İstanbulda FETÖ-yə üzv olan tələbələr saxlanıldı

İstanbul şəhərində FETÖ/PDY terror təşkilatının üzvlərinə qarşı polis əməliyyat keçirib. 

Respublika Baş Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bürosu tərəfindən aparılan araşdırmada, onların arasında oxumaq üçün müxtəlif vilayətlərdən İstanbula gələn və terror təşkilatına bağlı ailələrə mənsub olan universitet tələbələrinin olduğu müəyyən edilib.

Aparılan araşdırmalardan sonra prokurorluq FETÖ-yə üzv olmaqda şübhəli bilinən 40 tələbə haqqında həbs qərarı çıxarıb. İstanbul Təhlükəsizlik Müdirliyi qrupları keçirdikləri əməliyyatda 38 şübhəlini saxlayıb. 

 

 

Unikal.az