İran İslam Respublikası İnqilab Keşikçiləri Ordusunun komandanı Hüseyn Səlami "Aralıq dənizinin şərqində düşmənlərə gedən yolu bağlayacaq və cəbhəni genişləndirəcəyik" deyib.
İsrailin Suriyaya hücumunda şəhid olan İnqilab Keşikçiləri Ordusunun Qüds qüvvələrinin komandanı, briqada generalı Məhəmməd Rza Zahidinin anım mərasimində çıxış edən Səlami bölgədəki hadisələrlə bağlı dəyərləndirmələr edib.
Səlami, "Aralıq dənizinin şərqində düşmənə gedən yolu bağlayırıq. Düşməni ayırıb dağıtmaq üçün cəbhəni genişləndiririk" deyib. O bildirib ki, İslam ölkələri Qərb ölkələrinə qarşı birgə hərəkət etməlidir.
İnqilab Keşikçiləri Korpusunun Baş Komandanı inqilabın əsas məqsədinin İslamın əzəmətini dirçəltmək və İslam millətini əsarətdən xilas etmək olduğunu bildirərək: “Dünyada şər mərkəzlərin təzyiqi altında olan məzlum müsəlmanlar üçün mübarizə biz İslam İnqilabı Keşikçiləri üçün ən yaxşı məsuliyyət və vəzifədir” söyləyib.
Hüseyn Səlami Amerikanın bütün müsəlman dünyasını hədəf aldığını və Amerikanın bütün müsəlmanlara hakim olmaq, onların mədəni kimliklərini və sərvətlərini ələ keçirmək istədiyini vurğulayıb: “Deməli, bütün müsəlmanlar eyni gəmidədir. Əgər düşmən İslam torpaqlarında təfriqə salmağa nail olsa, bu təfriqəni inkişaf etdirəcək. Buna görə də əkəbbürlü insanların hücum yolu bağlanmalıdır.
Əl-Əqsa tufanı İsraili beyin ölümü astanasına gətirdi və bu rejimin nə qədər müdafiəsiz olduğunu, hörümçək torundan daha zəif olduğunu göstərdi. Onlarda sabitlik yoxdur. Yer üzündə ən nifrət edilən rejim İsrail və onun müdafiəçisi Amerikadır. Amerikanın hərbi-siyasi dəstəyi və Qərbin süni tənəffüsü sayəsində o, ancaq bu ömrünün son həddinə çata bildi.
Əqsa tufanı işğal rejimi üçün tam bir kəşfiyyat uğursuzluğu idi, lakin bu dəhşətli tufanın davamında “Sadiq Vəd” bu qəddar rejimin quruluşuna ölümcül zərbə vurdu.
Bu gün Amerikanın dünyada siyasi coğrafiyası daralıb, dünyada mənəvi cəhətdən iflasa uğrayır. Amerika yalandan özünü insan haqlarının, demokratiyanın və rifahın müdafiəçisi kimi göstərmək istəyirdi, lakin onun tənəzzülü illər əvvəl başlayıb” deyə o bildirib.
İran: Şərqi Aralıq dənizində yolu bağlayacaq və cəbhəni genişləndirəcəyik