ABŞ-ın Azərbaycandakı səfiri: “İttihamların çoxu uydurmadır, məqsəd jurnalistlərin səsini kəsməkdir”

ABŞ-ın Azərbaycandakı səfiri Mark Libby Beynəlxalq Mətbuat Azadlığı Günü münasibətilə bir qrup jurnalistlə görüşüb, onların suallarını cavablandırıb:
‘’Məncə, bu məsələyə baxan hər hansı bir insaflı adam üçün də bunların hamısının saxta ittiham olması təəssüratı yaranır. Bu ittihamların çoxu uydurmadır və mənə elə gəlir ki, onların məqsədi jurnalistlərin səsini kəsməkdir. Mən deyərdim ki, gördüyümüz işdə hökumət üçün qeyri-şəffaf və ya qaranlıq qalan bir şey yoxdur, Azərbaycan hökuməti bunu bilir. Onların bunu etmək üçün motivasiyası nədir? Sizə, ya da mənə siqnal göndərməyə çalışırlar? Yenə də sizdən xahiş edirəm ki, onlardan soruşun. Hədəfdə olduğumuzu hiss edib-etməməyimiz digər bir məsələdir’’.
 
Müsahibənin geniş mətni MeydanTV-də