ABŞ səfiri Mark Libbi vətəndaş cəmiyyətinin həbsdə olan nümayəndələrinin ailələrilə görüşüb.

Görüşdə “Abzas Media”nın həbsdəki baş redaktoru Sevinc Vaqifqızının anası Ofelya Məhərrəmova, Müsavat Partiyası və Milli Şuranın üzvü Tofiq Yaqublunun qızı Nigar Həzi ilə yanaşı III Respublika Platformasının Qurucu Heyət üzvü Ruslan İzzətlinin həyat yoldaşı Günel Manaflı da iştirak edib.
“Səfir Libbi həbsdə olan vətəndaş cəmiyyəti nümayəndələrinin ailə üzvləri ilə görüşərək, onların vəziyyətini müzakirə edib. Birləşmiş Ştatlar qətiyyətlə inanır ki, müstəqil vətəndaş cəmiyyəti fəal və məsuliyyətli cəmiyyətin ayrılmaz hissəsidir və haqsız yerə həbs edilənlər cəmiyyətdəki mühüm işlərini davam etdirə bilmələri üçün azad edilməlidir”, – deyə səfirliyin məlumatında qeyd olunub.
 
 
Azadlıq Qəzeti