ABŞ konqresmeni Azərbaycandan yüz minlərlə dollar rüşvət almaqda ittiham edilir

Bu həftə ABŞ Nümayəndələr Palatasının üzvü Henri Kuellar və həyat yoldaşı İmelda Azərbaycan hökumətinə və Meksikada yerləşən banka xeyir vermək niyyəti ilə iki müxtəlif sxem üzrə rüşvət almaqda ittiham olublar.
Mayın 3-də ictimailəşən ittihamnamədə iddia edilir ki, 2014-cü ilin dekabr ayı və 2021-ci ilin noyabr ayı arasında Kuellar və həyat yoldaşı Azərbaycandan və adı açıqlanmayan bankdan 600 min dollar həcmində rüşvət qəbul ediblər.
 
 
AzadlıqQəzeti