“Neftçi” Azərbaycan Premyer Liqasının 2023-2024-cü illər mövsümündə səfər oyunlarında 23 qol buraxıb.
"Unikal" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu rəqəm XXXIII turun “Qarabağ”la matçından sonra belə yüksək həddə çatıb. Bakı klubu rəqib meydanlarında keçirdiyi 17-ci görüşdə antirekordunu təkrarlayıb.
“Neftçi”nin ölkə çempionatları tarixində bir mövsümdə ən çox səfər qolu buraxması 2013-2014-cü illər mövsümündə qeydə alınıb. Həmin vaxt paytaxt klubu indiki kimi 23 top buraxıb. Həmin göstərici 10 ildən sonra təkrarlanıb.
“Neftçi” 10 ildən sonra antirekordunu təkrarladı