İrlandiyalı tələbələr də Fələstin tərəfdarlarına qoşulub

 İrlandiyanın Dublin şəhərindəki Trinity Universitetinin tələbələri digər Avropa və Amerika universitetlərinin ardınca şənbə günü Fələstinə, Qəzza xalqına dəstək və İsrail əleyhinə aksiya keçiriblər.

Etirazçılar Trinity Universitetinin İsraillə əlaqələrinin kəsilməsini və İsraillə əlaqəli şirkətlərin boykot edilməsini tələb edirlər.

Bu etirazlar, tələbələr ittifaqının Trinity Universitetinin Qəzza məsələsi də daxil olmaqla, son aylardakı etirazlar nəticəsində dəymiş ziyanı bəhanə edərək həmkarlar ittifaqını 214 min avro cərimə etdiyini elan etdiyi bir vaxtda keçirilir.

Trinity Universiteti təhlükəsizliyi təmin etmək üçün tələbələrə, işçilərə və sakinlərə girişi məhdudlaşdırdığını və planlaşdırılan sərginin şənbə günü tətil edildiyini açıqladı.

 

İRNA