Ayətullah Şəhristaninin Türkiyə səfəri

Az.shafaqna.com-un xəbər verdiyi kimi ötən həftə böyük mərcə Ayətullah Əl Üzma Seyid Sistaninin tam səlahiyyətli nümayəndəsi Ayətullah Cavad Şəhristaninin Türkiyəyə səfəri başlayıb.

Onu İstanbul Hava Limanın ruhanilər, dindarlar və “Alulbeyt”in Türkiyə rəhbəri Onurşan Rəhmani qarşıladı.

Mərcəiyyətə olan məhəbbət, qarşılama mərasimində diqqətdən qaçmayıb, hər kəs Ayətullah Sistaninin nümayəndəsinə yaxınlaşaraq ona “xoş gəlmisiniz” demək istəyirdi.

Ayətullah Şəhristani İstanbulda İranın İstanbuldakı konsulluğuna getdi. Konsul Əhməd Muhəmmədinin dəvətilə baş tutan görüşdə, Ayətullah Xameneinin Türkiyə məsulu Ayətullah Zərafəti də qatıldı.

Böyük mərcə təqlid Ayətullah Əl Üzma Sistaninin tam səlahiyyətli Ayətullah Şəhristani Türkiyə səfəri çərçivəsində EHLADER-in dəvəti ilə “Kövsər” Mədəniyyət Mərkəzini ziyarət etdi.

Ziyarət münasibəti ilə təşkil edilən izdihamlı məclis Əhli-Beyt Alimi Alican Görelin Qurani-Kərim tilavəti ilə başlayıb.

İclasın əvvəlində EHLADER-in sədri Kadir Akaras Ayətullah Şəhristani, onu müşayiət edən nümayəndə heyətini və toplantıda iştirak edən qonaqları salamlayıb.
Ehlader Başçısı Kadir Akaras, yığıncağın əvvəlində etdiyi çıxışda, başda EHLADER olmaq üzrə “Kövsər” Qurumları və işlər haqqında məlumat verib.

EHLADER, Kövsər Yayınçılıq, Beynəlxalq Kövsər Humanitar Yardım Dərnəyi, Əhlibeyt Gənclik Dərnəyi və O4 TV haqqında məlumat verən Akaras görülən işlərdən danışıb.

Ayətullah Şəhristani də iclasda qısa bir çıxış edərək müsəlmanların birliyinin vacibliyinə işarə edib. İslam dünyasında təfriqələri gündəmə gətirmək cəhdinin düşmən oyunu olduğunu bildirən Ayətullah Şəhristani müsəlmanlar arasında vəhdət və birliyə nail olmağın vacibliyini vurğulayıb.
Görüşdən sonra Ayətullah Şəhristani və onu müşayiət edən nümayəndə heyəti On4 televiziyasının studiyalarında olub, kanal və yayımlar haqqında məlumat alıb.

Ayətullah Şəhristani İstanbulun baş yepiskopu Bartelemeosu ziyarət edib. Görüş zaman dinlər arası dialoq, sülhün önəmi haqqında danışıblar.

“Alulbeyt” Türkiyənin təşkil etdiyi böyük “Qüds Gecəsi” tədbirinə qatılan Ayətullah Şəhristani tədbir iştirakçılarının böyük rəğbət və məhəbbətilə qarşılanıb. Mərcə təmsilçisinin iştirakı mərcəiyyətin Qüds, Fələstinə verdiyi önəmin sübutu kimi dəyərləndirilib.

“Alulbeyt” Türkiyənin rəhbəri Onurşan Rəhmani tədbirdə çıxış edərək Vəhdət və birliyin təməlində mərcəiyyətin olduğunu qeyd edib. O həmçinin tədbirdə Fələstin və Qüdsdən danışıb.

EHLADER rəhbəri Kadir Akaras da Qəzza əhalisinin məzlumiyyətindən danışıb, onlara yardım etməyin vacibi bir insanlıq vəzifə olduğunu önə çəkib.

Ayətullah Şəhristani sünni, ələvi və məsihilərlə müxtəlif görüşlər keçirib və hər görüşdə sülh və birgəyaşayışa diqqət çəkib.

Ayətullah Şəhristani: Türkiyə şiələrinin gələcəyi parlaqdır

Görüşlər zamanı o şiə məktəbinin mötədil, ruhani və ümidverici mahiyyətindən danışıb Qurani-Kərim və Əhli-beyt (əleyhimus-salam) təlimlərinin bütün ümmətlər üçün açıq-aşkar dayaq olduğunu,  həqiqət axtaran insanlar üçün aydın bir yol olduğunu qeyd edib.

“Bu günlərdə bəzi sahələrdə dinə qarşı nifrətlə qarşılaşırıqsa, bu, bir tərəfdən bəzi dini icma rəhbərlərinin və qurumlarının zəif və səhv fəaliyyət göstərməsi,  digər tərəfdən isə əcnəbilərin düşmənçiliyi və planlarının nəticəsidir. Rəqabəti empatiya və dostluğa çevirsək və vəsaitimizi düzgün istiqamətə və Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) dini və Əhli-beyt (ə) məktəbinə sərf edərək Qurana sarılmaq lazımdır. Bu səfərdə mən gələcəyi çox parlaq və perspektivli göstərən qabiliyyət və bacarıqlar, çalışqanlıq və səmimiyyət gördüm. İnşallah Türkiyənin şiə camaatı bu ölkədə gündən-günə daha açar rolunu tapacaq, fikri, mədəni və elmi proseslərdə təsirli və konstruktiv iştirakla getdikcə ləyaqət qazanacaqlar”, -deyə Ayətullah Şəhristani bildirib.