"Builki Hacc ziyarəti İsrail və onun havadarlarından bəraət Haccı olmalıdır!"

İran İslam İnqilabının Rəhbəri Qəzzədə baş verən nəhəng hadisəyə və qaniçən İsrail rejiminin cinayətlərinə toxunaraq, deyib: "Builki Hacc ziyarəti Qurani-Kərimin ayələri və Həzrət İbrahimin (ə) bizə verdiyi təlimə əsasən, hər il olduğundan daha çox müsəlmanların bu cinayətkar düşmənindən və onun havadarlarından bəraət etmək Haccı olmalıdır".

İran İslam İnqilabının Rəhbəri Həcc mövsümü ərəfəsində bazar ertəsi günü Həcc ziyarətinin işləri ilə məşğul olan məsul şəxslər və Beytullahül-Haramın ziyarətinə gedəcək zəvvarlardan bir qrupu ilə görüşündə hazırda Qəzzədə baş verən hadisələri tarixdə qalacaq göstərici adlandırıb və bildirib:

"Quduz sionist itlərin vəhşi hücumları bir tərəfdən, Qəzzə xalqının məzlumluğu və müqaviməti digər tərəfdən, tarixdə qalacaq və bəşəriyyətə yol göstərəcək. Hansı ki, onun qeyri-müsəlman cəmiyyətlərində və ABŞ universitetlərində və bəzi digər ölkələrdə heyrətamiz və misilsiz əks-sədası bu tarix yaradan və mühüm göstəricinin digər əlamətlərindəndir". 

Ayətullah Xamenei İslam ümmətinin Hacc fürsətində Qəzzə faciələri ilə bağlı vəzifələrinin şərh edərkən, Quranda Həzrət İbrahimin (ə) sirəsindən çoxsaylı nümunələrə işarə edərək, deyib:

"Həzrət İbrahim çox mərhəmətli qəlbi olan peyğəmbərlərdən biridir, amma həmin ilahi peyğəmbərlər zalım və qəddar düşmənlər qarşısında onlardan bəraət edirlər və düşmənçiliklərini açıq şəkildə bəyan edirlər".

İnqilab Rəhbəri zalım düşmənlərlə dostluğu tamamilə rədd edən Quran ayələrinə işarə edərək, sionist rejimi müsəlmanlarla düşmənçilik edənlərin bariz nümunəsi və ABŞ-ı bu rejimin tərəfdaşı adlandırıblar və əlavə ediblər: Əgər ABŞ-ın köməyi olmasaydı, sionist rejimin müsəlmanlarla, qadın və uşaqlarla bu cür vəhşicəsinə rəftar etməyə gücü və cəsarəti çatardımı"?

"Müsəlmanları öldürənlər və onları didərgin salanlar və onların havadarları hər ikisi zalımdırlar və Quranın buyurduğuna əsasən, onlara dostluq əlini uzadanlar da zalımdırlar və Allahın lənəti onlara şamil olur", - deyə vurğulayıb.

Ayətullah Xamenei İslam dünyasının hazırki şəraitini nəzərə alaraq, Hacc ziyarətinə Həzrət İbrahimin təlimi əsasında yanaşmanı, yəni düşmənlərdən açıq-aşkar bəraət etməni həmişəkindən daha zəruri hesab ediblər və buyurublar: "İranlı və qeyri-iranlı zəvvarlar bu yanaşmaya əsaslanaraq, Fələstin xalqına dəstək olmaq üçün Quranın bəraət yəni müşriklərdən uzaqlıq məntiqini bütün İslam dünyasına çatdıra bilməlidirlər.

Əlbəttə, İslam Respublikası başqalarını gözləməyib və gözləməyəcək də, lakin islam ölkələri və hökumətlərinin güclü əlləri kömək və yoldaşlıq etsə, Fələstin xalqının yaşadığı acınacaqlı vəziyyət davam etməyəcək".

 

Az.rasthaber.com