UEFA Çempionlar Liqasında həftənin ən yaxşı qoluna namizədlər açıqlanıb.
Report Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, turnirin yarımfinal mərhələsində baş tutan oyunlardan sonra UEFA ən yaxşı qolun müəllifi olmağa namizədlərin adlarını müəyyənləşdirib.
Siyahıda üç futbolçu - Niklas Füllkruq ("Borussiya", Dormund), Leroy Sane ("Bavariya") və Vinisius Junior ("Real") yer alıb. Füllkruq PSJ (1:0) ilə oyunun 36-cı, Sane "Real"la (2:2) matçın 53-cü dəqiqəsində fərqlənib. Vinisiusun isə "Bavariya" (2:2) ilə görüşün 24-cü dəqiqəsində vurduğu qol siyahıya salınıb.
Qeyd edək ki, həftənin ən yaxşı qolu UEFA-nın rəsmi saytında səsvermə yolu ilə seçiləcək.
Çempionlar Liqası: Həftənin ən yaxşı qoluna namizədlər açıqlanıb