Maraqlar pəncəsində azadlıqlar

Amerikanının tələbə etirazlarına reaksiyası dünya gündəmində birmənalı qarşılanmır. Fələstində İsrail vandallığına etiraz edən onlarla Amerika inversitetində etiraza qalxan tələbələrin oturaq aksiyaları medianın gözü önündə böyük vəhşilik nümayişi ilə AŞB polisi tərəfindən dağıdılır. Sayları üç minə yaxınlaşan həbs olunan tələbələrin etiraz səbəbləri İsrailin dinc fələstinlilərin qətliamının tənqididir.

Bəllidir ki, bu hal müttəfiq cəbhəsi olaraq Amerikanın nümayiş etdirdiyi etiraz üslubu İsrailə dəstəyin davamıdır. Lakin bu eyni halda ABŞ demokratiyası haqqında da az söz söyləmir. Yəqin tez-tez media səhifələrinə qaradərililərin bu gün də ABŞ polisi tərəfindən işgəncələrə məruz qalması, hətta öldürülməsi halının belə işıqlandırılması bu məsələdə ölkə siyasətində incə bir məqamı diqqətdə saxlamağı tərcih edir.

Bu Amerikada üstünlük verilən əsas aspektin “maraqlar” olmasıdır. Amerika dövləti siyasətində qanunlardan ali onun maraqlarının olmasını o bu addımları nümayiş etdirməklə heç gizləmirdə. Əgər onun maraqlarına müvafiqdirsə ən böyük media maqnatlarını ayağa qaldırıb İranda ölən bir qadın, Məhsa Əmini üçün faciə libası geyindiyi halda, maraqlarına cavab verməzsə 15 minə yaxınlaşan günahsız Qəzza qadınlarını, 12 minə çatan uşaqların qətliamına o, görməzdən gələ bilər. Yetər ki, bu onun maraqlarına xidmət etsin.

Maraqlar onun üçün təkcə hər gün aclıqdan can verən fələstin, sudan, yəmən və sair dövlətlərlə olan uşaqlar deyil, heç öz ölkəsində qaradərili olduğu üçün ikinci dərəcəli sayılan zəncilərin belə öldürülməsi narahatlıq yaratmayacaq. Amerikanın gündəliyi yalnız maraqları əsasında dost və düşmənini müəyyən edir ki, burada özünün yerə göyə sığmayan insan haqları haqqında söylədikləri sadəcə pafoslu çıxışdan başqa bir şey deyil.

Əks halda unversitetlərdə Qəzza fəryadına səs verən tələbələrin belə vəhşiliklə əzilməsi əvəzinə AŞB dünyaya həqiqi demokratiya nümayiş etdirib ölkəsində əsas gücə malik tələbə hərəkatlarının balansında duran Fələstin faciəsinin həqiqətdə necə böyük bir soyqırımı olduğunu etiraf edərdi. Ancaq maraqlar buna cavab vermir deyə tələbələr vəhşiliklə susdurulur. 

İndi təsəvvür edin, dünyanın əsas hüquqi bazalarının yerləşdiyi ABŞ son qərarını demokratiyanın verəcəyini söyləməsi bu məsələdə sadə həqiqəti ortaya qoyur. Hansı demokratiyanı? Amerikanın marağına və əlində təzyiq mexanizminə çevrilən bu yanançı gücü, yoxsa demokratiya deyilən həqiqətin özünümü?!

Sürətlə Amerikadan, onun maraqları ilə idarə olunan güc və təsir insitutlarının ondan uzaqlaşdırılaraq daha preqmatik, qanun aliliyi gözləninlən dövlət və dövlətlər birliyinə gətirilərək ABŞ pəncəsindən alınması bəlkə də gələcək üçün ümidlərin dönüşü kimi qaydışa zəmin yarada bilər.
Hələliksə maraqlar bütün həqiqətləri ayaqlar altına almaqla onun yaratdığı “həqiqəti” görmək məcburiyyətindən başqa bu gün heç bir reallıq vəd etmir.

 

Təhlil və Tənqid