İranın mədəniyyət naziri Bakıda cümə namazında iştirak edib

İranın Mədəniyyət və İslami irşad naziri Məhəmməd Mehdi İsmaili Azərbaycana səfərinin son günündə Bakıda "Cümə" məscidində iştirak edib və azərbaycanlı dindarlarla cümə namazı qılıb.

İsmaili namaz qıldıqdan sonra mədəniyyət nazirinin müavini Murad Hüseynovun rəsmi müşayiəti ilə Bakıdan Tehrana yola düşüb.

Ölkəmizin mədəniyyət naziri VI Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün çərşənbə günü səhər Bakıya getmişdi.