Ölkədə vəzifə daşıyıcılarının qohum əlaqələri bu gün həllini gözləyən bir çox problemlərin həllini tapmadan qalma amilidir. Əksər məmurlar qohum münasibətləri çətiri altında vəzifənin tələbi deyil, “arxalı köpək qurd basar” misalında əks olunan “qüdrət” mənbəyinə söykənərək xalqın fəryadını eşitmədən gəlir ki, burada cəzasızlıq mühitinin də təsiri özünü göstərir.
Bir müddət əvvəl sizə Penitensiar xidmətin nəzdində cəza çəkən Elnur Cəfərova qarşı qanunsuz davranışlar haqqında məlumat vermişdik. Məlumatı işıqlandırmaqla əlaqədar orqanların məsələnin həllinə ümid etsək də, günlər ötməsinə baxmayaraq məsələ dəyişmədən qalır.
Hətta mayın 5-də saxlanıldığı Gəncə İstintaq Təcridxanasında səhhəti qəfil pisləşən Elnur Cəfərovun vəziyyətində kəskin halların müəssisənin həkimi və rəhbərliyi müşahidə etsə də, icazənin onların səlahiyyətində olmadığını bildiriblər.
“Siz siyasi məhbuslarsız. Ona görə də sizinlə bağlı qərarı “yuxarılar” verməlidir. Razılıq versinlər, mənim nə sözüm var ki, səni müalicə mərkəzinə göndərim”, deyə E. Cəfərova təcridxana rəhbərliyi bildirib. Müəssisənin baş həkimi də etiraf edir ki, burada onun səhhəti ilə bağlı tam müayinə edib, ona diaqnoz qoymaq üçün lazım olan avadanlıqlar yoxdur. “Baş idarədən müsbət cavab gəlməyənə qədər biz səni yalnız ölüm vəziyyətində göndərə bilərik. Digər vəziyyət üçün onların razılığı vacibdir”, baş həkim bildirib.
Hal-hazırda durum iki haldan biri ilə həllini tapa bilər ki, birinci hal məhbus koma vəziyətinə düşsün və ya insult keçirsin-hansı ki, Elnurun durumu başqa bir şey vəd etmir, ya da müayinə və müalicəyə qaldırılan inanclı öz sağlamlığına qovuşsun. Penitensiarın qərarının nə olacağı isə qalıb onların insafına.
Xatırladaq ki, Müsəlman Birliyi Hərəkatının (MBH) üzvü Elnur Cəfərov 25 yanvar 2023-cü ildə Gəncədə, inanclıların kütləvi həbsi dövründə saxlanılıb. Narkotik maddələrlə bağlı ittiham edilən inanclı bir ildən artıq bir müddətdir ki, saxlanıldığı təcridxanada ciddi xəstəliklər tapıb.
Ailə tərəfindən göndərilən dərmanlarla kor-təbii müalicəsi isə onun hərəkət imkanlarının məhdudlaşmasına gətirib çıxarıb. Kəskin ürək ağrıları, remmatizm kimi ürək aritmiyasının pozulması, mədə-bağırsaq problemləri onun durumunda ciddi çəki itirməsi kimi çoxsaylı problemlərlə yol açıb.
Ədliyyə məsələyə özünəməxsus “cavab” verir, nəticədə problem həll olunmadan qalır