MBH üzvüləri Şəhid Şükür İlyasovu andılar-VİDEO

Müsəlman Birliyi Hərəkatının bir qrup üzvü şəhid Şükür İlyasovu andı. Şəhidin şəhadət günlərində ailəsi ilə bərabər olan hərəkat üzvüləri şəhidin məzarını da ziyarət etdilər. Şükür İlyasov 1991-ci il yanvarın 9-da Şabran şəhərində anadan olub. O, 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Şükür İlyasov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Şabran şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şükür İlyasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən, Şükür İlyasov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib. Şəhid Şükür İlyasov Müsəlman Birliyi Hərəkatının üzvü idi.