Suriyanın şimalında terror olub, ölənlər var

Suriyanın şimalında, Türkiyə ilə sərhəddən 10 km aralıda yerləşən Aazaz şəhərində bazar meydanında bomba yüklü avtomobilin partladılması nəticəsində azı 10 nəfər ölüb.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, xilasedicilərin dağıntıları təmizləməyə davam etdiyini nəzərə alsaq, ölənlərin, o cümlədən mülki şəxslərin sayı arta bilər. Yanğınsöndürmə briqadaları hadisə yerindədir.

Hadisədə 23 nəfər yaralanıb, onlar yerli xəstəxanaya yerləşdirilib.