ABŞ-ın dövlət katibi Mayk Pompoe bu gün Şimali Koreyaya yola düşmüşdü.
Telegraph-a istinadən xəbər verilir ki, səfərin məqsədi Şimali Koreyada həbsdə olan 3 amerikalının azad edilməsi idi. ABŞ prezidenti Donald Tramp "Twitter" hesabından açıqlama verərək həmin şəxslərin artıq azad edildiyini və Pompoe ilə ABŞ-a gələcəklərini vurğulayıb. Azad edilən məhbusların sağlamlıq vəziyyəti normaldır.
Qeyd edək ki, Tramp və Şimali Koreya lideri Kim Çen Inın iyun ayının ortalarında görüşü gözlənilir.
Şimali Koreya həbsdə saxladığı 3 amerikalını azad etdi
Oxşar xəbərlər