Şimali Koreya yeni raketi sınaqdan keçirib

Şimali Koreyada yeni tip raket buraxılıb.
 
Bu barədə "Report" məlumat yayıb.
 
Cənubi Koreya mediası KXDR-in bu gün Yapon dənizi istiqamətində iki qısa mənzilli raket buraxdığını qeyd edib. Qısa mənzilli raketlərdən biri, təxminən, 430 km, digəri isə, təqribən, 690 km uçub. Onlar maksimum 50 km yüksəkliyə çatıb və Yapon dənizinə düşüblər.
 
Məlumata görə, ikinci raket yeni tipdən olana bənzəyir və əlavə araşdırma tələb edir.