Avropa Şurası parlament Assambleyası tərəfindən ötən gün qəbul edilən sənədlər Azərbaycanın bu qurumdakı fəaliyyətinə heç bir məhdudiyyət yaratmayacaq.
Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Səməd Seyidov keçirdiyi mətbuat konfransında deyib.
S.Seyidov bildirib ki, bundan sonra Azərbaycan AŞPA-da işini daha yüksək səviyyədə davam etdirəcək:
“Bizim Avropa Şurasında əsas işimiz sözümüzü demək və sənədləri təqdim etməkdir. Son qərar bizim nə söz demək, nə də sənədləri təqdim etməyimizə məhdudiyyət yarada bilər. Bu yalnız seçki missiyalarında iştirak, hər hansı ölkə ilə bağlı məruzəçi kimi çıxışa mane yaradır. Lakin Azərbaycanın Avropa Şurasına çatdırmasına heç bir məhdudiyyət yaratmır. Əksinə bundan sonra fəaliyyətimizi daha yüksək səviyyədə davam etdirəcəyik”.
S.Seyidov onu da vurğulayıb ki, Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəkləyən şəxslərin sanksiyalara məruz qalması narahatlıq doğurur:
“Sanksiyalara məruz qalanların əksəriyyəti Azərbaycanın ərazi bütövlüyünü tanyan, bir neçə təşkilatın Dağlıq Qarabağ və onun ətrafındakı ərazilərin azad olunmasını qaldıran insanlardır. Bu məni narahat edən əsas məsələdir. Əsas məsələ milli maraqların qorunmasıdır. Milli maraqlara heç kim mane ola bilməz. Avropa Şurası bir daha təşkilatda böyük böhran, ikili standartları göstərmiş oldu”.
S.Seyidov onu da vurğulayıb ki, Azərbaycana qarşı sanksiyaların kökündə Avropa Şurasında bir il əvvəl yaradılan istintaq qrupuna etiraz edilməsi durur:
“İlk fikrimizdən bu komissiya ilə bağlı rəyimiz mənfi oldu. Həmin istintaq qrupu işini yekunlaşdırandan sonra 200 səhifəlik sənəd Azərbaycanla bağlı oldu. Bu da bizim fikrimizdə yanılmadığımızı göstərdi. Biz Avropa Şurası Parlament Assambleyasının fəaliyyətinə etiraz etmişdik. Azərbaycanla bağlı sənədlər mənfi, Ermənistanla bağlı sənədlər isə müsbət idi. Azərbaycanın Avropa Şurasından çıxmasından söhbət gedə bilməz. Fərdi məsuliyyət ölkə məsuliyyətinə çevirə bilməz. Nə qədər çətin olsa da, bizə qarşı problemlər yaratsalar da biz Avropa Şurasında fəaliyyətimizi davam etdirəcəyik”.
S.Seyidov onu da vurğulayıb ki, bundan sonra Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında kimin təmsil edəcəyi müzakirə edilməlidir:
“Etiraf edirəm ki, Avropa Şurasındakı məsələləri təhlil etmək lazımdır. Avropa Şurasında destruktiv, onun özünə problem yaradan qüvvələr var. Azərbaycan nümayəndə heyətinə qarşı sanksiyalar tətbiq edilib, iki əsas imkan toxunulmaz olaraq qalıb. Avropa Şurasında fəaliyyətimiz davam etdiriləcək. Bundan sonra kim olacağını bilmirəm. Bu məsələ Azərbaycan parlamenti səviyyəsində müzakirə edilir. Yanvar sessiyasında əvvəl nümayəndə heyətinin üzvləri dəyişdirildi. Heç bir təşkilatda bizim nümayəndə heyətinin üzvləri daimi deyil. Avropa Şurasında bundan sonra da sözümüz keçir, nümayəndə heyətinin 12 nəfər üzvü var, hər biri yüksək səviyyədə ölkəmizi təmsil etmək iqtidarındadır. Burada məqsəd Azərbaycanın inkişafına problemlər gətirmək, onu Avropa istiqamətindən çəkindirmək istəyən, Avropanın qınağına məruz qalan partnyora çevirməkdir. Biz bunu yaxşı görürük. Buna qarşı mübarizə aparacağıq. Bizə təsir edirdilər. İstintaq qrupu hesabatdan əvvəl məndən ifadə alanda deyirdilər ki, “sadəcə deyin ki, siz qeyri-qanuni işlərlə məşğulsunuz, o zaman sizin adınız heç bir siyahıya salınmayacaq, heç bir sanksiya tətbiq olunmayacaq”. Təbii ki, etiraf etmədik, çünki bunlar uydurma idi, etiraf etmək mümkün deyildi”.
Seyidovdan açıqlama: Bizi məcbur edirdilər...

Oxşar xəbərlər