Əsəddən Ərdoğanla görüş ilə bağlı açıqlama

Suriya prezidenti Bəşər Əsəd bu gün Sky News Arabia telekanalına eksklüziv müsahibə verib. Bu müsahibədə Əsəd müharibə, terror və narkotik, qaçqınlar və onların qayıdışı, iqtisadiyyatın və Suriyada yaşamağın çətinlikləri, Suriya-ərəb münasibətlərinin gələcəyi və Livandakı vəziyyət, Ərdoğanla görüş, HƏMAS-ın mövqeyi, Suriya ilə münasibətlərə toxunub.

Bəşər Əsəd prezident "Görüş Ərdoğanın təqdim etdiyi şərtlərlə baş tuta bilməz", -  deyə bildirib.

Ərdoğan, son bir neçə gündə verdiyi açıqlamada, mümkün görüşə "qapalı olmadığını" söyləyib. “Bilirsiniz, biz Suriya ilə qapını bağlayacaq vəziyyətdə deyilik, qapı açıqdır”, - deyən Ərdoğan söyləyib. "Görüş, onların bizə yanaşması ilə bağlıdır. Hazırda Suriyada Əsəd təəssüf ki, Türkiyənin Şimali Suriyanı tərk etməsini istəyir. Bu baş verə bilməz. Çünki biz orada terrorla mübarizə aparırıq. Yəni, bu terrorçular orada olanda biz necə sərhədlərimiz qoruyacağıq? Eyni ifadəni müxtəlif ölkələrdə işlədə bilərmi? Ona görə də ədalətli yanaşma axtarırıq. Nə qədər ki, ədalətli yanaşma var, biz bütün məsələlərin öhdəsindən gələcəyik".

Əsəsd isə nə qədər ki, Türkiyə qoşunları Suriyanın ərazisində qalırsa görüşün baş tutma ehtimalının olmadığını bildirib. Bu isə münasibətləri gərgin olaraq saxlamaqda davam edir.