Bu gün səhər saatlarında agentliyin ofisinə üzərində UTX yazısı olan uniformalı adamlar daxil olub
Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları "RİA Novosti"-nin Kiyevdəki ofisinə basqın ediblər. Ofisdə olan jurnalistlərin xarici aləmlə əlaqəsi kəsilib.
Bir qədər əvvəl yayılan məlumata görə, Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları "RİA Novosti"-nin Kiyev ofisinin əməkdaşı Kirill Vışinskini saxlayıb. Hələlik basqının və jurnalistin saxlanmasının səbəbləri açıqlanmayıb. Sadəcə, UTX bəyan edib ki, Rusiya Federasiyasının nəzarətində olan media strukturunda təhqiqat aparılır.
"RİA Novosti"nin ofisinə basqın edilib

Qeyd edək ki, bu gün səhər saatlarında agentliyin ofisinə üzərində UTX yazısı olan uniformalı adamlar daxil olub. Şahidlər onların qaldırıcı qurğunun köməyi ilə agentliyin ofisinin yerləşdiyi binaya necə daxil olduqlarını görüblər. Bunun ardından ofisdəki jurnalistlərlə əlaqə kəsilib. Bundan sonra Kirill Vışinskinin UTX tərəfindən saxlanıldığı məlum olub.
Son zamanlar Ukraynada təqib olunan rusiyalı jurnalistlərin sayı onlarladır. Rusiya XİN ATƏT və Avropa Şurası ölkələrini, eləcə də beynəlxalq təşkilatları Ukraynanın bu siyasətinə qiymət verməyə çağırıb.
Ukrayna hakimiyyəti birmənalı olaraq Rusiya KİV-lərinin bu ölkədə işləməsinə mane olur, müntəzəm surətdə onların ölkəyə girişinə qadağa qoyur. 2015-ci ilin martında Rusiyanın 115 KİV-i Kiyevdə dövlət orqanlarında akkreditasiyadan keçib.
Kiyevdə "Russia Today" mediaqrupuna daxil olan "RİA Novosti" agentliyinə qarşı xüsusilə sərt münasibət mövcuddur. Ötən il agentliyin "Eurovision" müsabiqəsinin finalına akkreditasiya olunmuş iki əməkdaşı tədbirə buraxılmayıb.
Oxşar xəbərlər