“Ərbəin mərasimləri üçün ölkəyə 4 milyondan çox xarici ziyarətçi gəlib”

İraqın baş naziri Məhəmməd Şia əl-Sudani, "Ərbəin mərasimləri üçün ölkəyə 4 milyondan çox xarici ziyarətçi gəlib. Mərasim zamanı təhlükəsizlik problemi olmayıb və xarici ziyarətçilərin böyük əksəriyyəti artıq ölkəni tərk edib" deyib.

Sudani bildirib ki, bu il milyonlarla insanı cəlb edən Ərbəin mərasimi əvvəlki illərdən tamamilə fərqli və müsbət nəticələr verib. O, Kərbəla və Nəcəfdən gələn ziyarətçilərin digər vilayətlərə daşınması prosesinin ciddi şəkildə izləniləcəyini və nəqliyyat xidmətlərinin gücləndiriləcəyini vurğulayıb.

Baş nazir və Silahlı Qüvvələrin Ali Baş Komandanı Məhəmməd əl-Sudani Ərbəin səfəri planlarının gedişatını izləmək üçün cümə axşamı Birgə Əməliyyatlar Komandanlığının qərargahını da ziyarət edib.

Kərbəla valisi Nəsayif Əl-Xəttabi bir gün əvvəl “Ərbəin üçün Kərbəlaya gələn ziyarətçilərin sayı keçən illə müqayisədə artıb” deyib.

 

Ərbəin nədir?

Ərbəin (qırxıncı gün) İmam Hüseyn (ə) üçün hicri təqvimi ilə səfər ayının 20-nə təsadüf edən gündür. Hicri təqvimi ilə 61-ci ildə İmam Hüseyn və səhabələrinin Kərbəlada şəhadətindən qırx gün keçdiyi tarixdir.

Məhərrəm ayının onuncusu olan bu gün Aşura günü İmam Hüseyn (ə) və Kərbəlada şəhid olan 72 səhabəsinin xatirəsini yaşatmaq üçün anım mərasimləri keçirilir.

Ərbəin yürüşü şiə müsəlmanlarının ən mühüm müqəddəs mərasimlərindən biridir. Milyonlarla insanın iştirak etdiyi yürüş dünyanın ən böyük yürüşlərindən biridir.