"Müharibə meydanı Qəzza ilə İsrailin müharibə meydanı deyil, haqq ilə batilin meydanıdır."
Ayətullah Xamenei bu gün səhər 13 Aban – Dünya İmperializminə Qarşı Milli Mübarizə və Şagird Günü münasibətilə tələbə və şagirdlərlə görüşündəki çıxışında deyib.
Ayətullah Xamenei bildirib ki, müharibə meydanı imperializm və iman meydanıdır. "Bir tərəfdə imperializm gücü, digər tərəfdə isə iman gücü dayanıb. Əlbəttə, imperializm öz gücünü bomba, hərbi təzyiq, faciə və cinayətlə göstərir. İman gücü isə Allahın lütfü ilə bunların hamısına qələbə çalacaq, inşallah!
Bu gün Qərb siyasətçiləri və qərb mətbuatının həyasız hərəkətlərindən biri Fələstin döyüşçülərini terrorda ittiham etməkdir. Bu həqiqətən həyasızlıqdır.
Evini müdafiə edən terrorçudur? Vətənini müdafiə edən şəxs terrorçudur?
İslam ölkələrinin israr etməli olduğu məsələ Qəzzada törədilən cinayətlərə dərhal son qoyulmasıdır. Qəzzanın bombalanması dərhal dayandırılmalıdır. Sionist rejimə neft və ərzaq ixracı yolu kəsilməlidir. İslam ölkələri Sionist rejimlə iqtisadi əməkdaşlıq etməsinlər. Bütün beynəlxalq qurumlarda bu faciəli cinayətləri uca səslə, tərəddüd etmədən və kəkələmədən pisləsinlər. Elə olmasın ki, çıxış edən bir neçə nəfər də ya ikibaşlı danışsın, ya da kəkələsin, bu cinayətləri açıq-aydın pisləsinlər. Baş verənləri hamı görür. Sionist rejimin cinayətləri pislənilməlidir. Bütün İslam dünyası Sionist rejim əleyhinə səfərbər olmalıdır."
Maidə.az
Qəzzanın bombalanması dərhal dayandırılmalıdır
Bu gün Qərb siyasətçiləri və qərb mətbuatının həyasız hərəkətlərindən biri Fələstin döyüşçülərini terrorda ittiham etməkdir. Bu həqiqətən həyasızlıqdır.