Hikmət Hacıyev: ''Bu, növbəti populizm cəhdidir''
Ermənistanın Baş naziri Nikol Paşinyanın 18 yaşlı oğlu Aşot Paşinyan hərbi xidmətini Qarabağda keçəcək.
Bu barədə N.Paşinyan “Facebook”da canlı yayımda deyib.
Baş nazir bildirib ki, oğlu yanvarda Estoniyadan qayıdıb, o, Tartus Universitetindəki təhsilini başa vurub. Martda 18 yaşı tamam olduğundan hərbi xidmət keçmək istədiyini söyləyib.
Baş nazir xaricdə olan soydaşlarını hərbi xidmətdən yayınmamağa çağırış edib:
“Əgər xaricdə olan fərarilər gəlib Ermənistanda hərbi xidmətə getsələr, onların cinayət məsuliyyətinə cəlb olunmamaları barədə göstəriş verəcəm”.
Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev Ermənistan Baş nazirini açıqlamasına münasibət bildirib.
Hikmət Hacıyev deyib ki, Ermənistanın Baş nazirinin öz oğlunu Azərbaycanın işğal olunmuş ərazilərində hərbi xidmət keçməyə göndərməsi növbəti populizm cəhdidir:
“Bu kimi populist addımlar atmaq əvəzinə Ermənistanın üzləşdiyi köklü sosial-iqtisadi problemlərin və Ermənistan-Azərbaycan münaqişəsinin həlli, region ölkələri ilə sülh və mehriban qonşuluq vəziyyətində yaşamaq barədə ciddi fikirləşməsi Ermənistan əhalisi üçün daha faydalı olardı”.
XİN sözçüsü deyib ki, Ermənistan vətəndaşlarının digər dövlət olaraq Azərbaycanın işğal olunmuş ərazilərində hərbi qulluq keçməsi beynəlxalq hüququn norma və prinsiplərinin və hətta Ermənistan qanunlarının kobud pozulmasıdır:
“Ermənistan rəhbərliyi bu addımı ilə Azərbaycanın ərazilərinin işğalına görə beynəlxalq hüquqi məsuliyyətin tam şəkildə Ermənistanın üzərinə düşdüyünü bir daha təsdiq edir. Belə ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticəsi olaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğal altında saxlanması davam edir”.
meydan.tv
Paşinyan oğlunu Qarabağa hərbi xidmətə göndərəcək

Oxşar xəbərlər