İraq və Suriyada yerləşən ABŞ hərbi bazaları oktyabrın 17-dən indiyədək 27 dəfə hücuma məruz qalıb.
Operativtv.com Report-a istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi ABŞ Hərbi Hava Qüvvələrinin generalı Patrik Rayder jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.
“Oktyabrın 26-da özünümüdafiə məqsədilə endirdiyimiz zərbələrdən sonra hərbi bazalarımıza daha altı kiçikmiqyaslı hücum olub. Üçü İraqda, üçü Suriyada. Hazırda ümumilikdə 27 hücum qeydə alınır: oktyabrın 17-dən bu yana 16 hücum İraqda, 11 Suriyada”, – general qeyd edib.
O əlavə edib ki, son hücumlar zamanı itki olmayıb.
Pentaqon: İraq və Suriyadakı hərbi bazalarımız 27 dəfə hücuma məruz qalıb