Parlament ölkənin adını dəyişməyə razılıq verib

Makedoniya parlamenti cümə günü ölkənin adının Yunanıstanla bağlanmış müqavilədə nəzərdə tutulduğu kimi Şimali Makedoniya Respublikasına dəyişdirilməsi barədə konstitusiyaya düzəlişlər edilməsi lehinə səs verib.
 
Bu barədə "Reuters" məlumat yayıb.
 
Bildirilir ki, bu düzəlişlərin qəbul edilməsinin lehinə qanunvericilik orqanının 120 deputatından 80-ni səs verib.
 
Yunanıstanla bağlanmış sazişin icra edilməsi Makedoniyanın Avropa İttifaqı və NATO-ya gedən yolunu açmaq məqsədi daşıyır. Makedoniya müxalifəti ölkənin adının dəyişdirilməsinə qarşı çıxıb.