Makedoniya rəsmi şəkildə adını dəyişdi

Fevralın 12-də  Makedoniya Respublikasının adının Şimali Makedoniyaya  dəyişməsi ilə bağlıPrespan sazişi qüvvəyə minib. Ölkə rəsmi olaraq adını dəyişdi. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə Şimali Makedoniya və Yunanıstan rəhbərliyi elan edib.

Yunanıstanın XİN rəhbəri Yorqos Katrunqalos ölkələr arasında münasibətin yeni mərhələsinin başlanıldığını bildirib. 

Onun Şimalik Makedoniyalı həmkarı Nikola Dmitrov öz nöbvbəsində bəyan edib ki, bü gun dostluq və əməkdaşlığın başlana biləcəyi gün ola bilər.

Adının dəyişdirilməsinin sabiq Yuqoslaviya ölkəsinə  NATO və AB-nə daxil olmağa imkan verəcək. Əvvə Afina ilə ad üstündə olan fikir ayrılığına görə bu mümkün deyildi.

Yunanıstan və Makedoniya arasında adla bağlı mübahisə 25 ildən çox davam edirdi. Bu ziddiyət Makedoniyanın NATO və Avropa İttifaqına üzvlüyünə mane olurdu. Afina qonşu respublikanın adını Yunanıstanın Makedoniya vilayəti ilə qarışdırmamaq üçün dəyişdirməyi tələb edirdi.

Xatırladaq ki, NATO ölkələri  fevralın 6-da Brusseldə Şimali Makedoniyanın Alyansa daxil olmasına  olmasına dair protokolu imzalayıb.