Pakistanda bazarda partlayış baş verib, ölənlər və yaralılar var

Pakistanın Bəlucistan əyalətində yerləşən bazarda baş verən partlayış nəticəsində azı 4 nəfər ölüb, 10 nəfər yaralanıb.

Operativtv.com Reporta istinadən xəbər verir ki, bu barədə polisə istinadən “Dawn” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, motosikletə yerləşdirilmiş əldəqayırma partlayıcı işə düşüb.

Hələlik bölgədə fəaliyyət göstərən silahlı qrupların heç biri partlayışa görə məsuliyyəti üzərinə götürməyib.