Ədliyyə Nazirliyinin eksperti həbs edildi

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti İlham Həsənov barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb. 
 
Oxu.Az-a istinadən xəbər verilir ki, Nəsimi Rayon Məhkəməsində hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən iclasda təqdimat təmin edilib.
 
İ.Həsənov barəsində dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilib. 
 
Qeyd edək ki, İ.Həsənov hədə-qorxu ilə tələb etmədə ittiham edilir.