İranda həbs olunan azərbaycanlı aktivistlərin sayı 50-ni ötdü

İranda həbs olunan azərbaycanlı və türk mülki aktivistlərin sayı 50-ni ötüb. 

Bu barədə İranın "Araznews" portalı məlumat yayıb.

Məlumatda Şərqi Azərbaycan əyalətinə bağlı Kəlebər şəhəri yaxınlığındakı "Babək Qalası" adlı ərazidə toplantı keçirmək istəyən azərbaycanlı aktivistlərin saxlanıldığı bildirilib. İranlı rəsmilərdən bu ana qədər məsələ ilə bağlı açıqlama verilməyib.

Qeyd edək ki, İrandakı türklər - azərbaycanlılar hər il iyul ayında Türkçülük simvolu hesab edilən "Babək qalası" ətrafında etnik kimliklərinə dair tələblərini səsləndirmək üçün toplaşırlar.