Polis və mülki geyimli şəxslər Nizami küçəsindən Prezident Administrasiyasına doğru yürüş edən şəhid ailələrinin nümayəndələrinə maneçilik törədiblər.
Aksiya Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan ailə başçılarına görə şəhid ailələrinə 11 min manat birdəfəlik müavinətin ödənilməsi tələbilə keçirilib.
Polis və mülki geyimli şəxslər aksiya iştirakçılarını, əsasən əllərində şəhidlərin portretlərini aparan qadınları saxlayıblar. Onlara Administrasiyanın önünə kütləvi şəkildə yox, 2-3 nəfər getməyi təklif ediblər.
"Biz bunu hüquqlarımızın pozulması, şəhid adına hörmətsizlik kimi dəyərləndiririk. Dövlətin bizə verəcəyi 11 min manat müavinəti istəyirik. Bizi nazirlikdən "Azərsığorta"ya, sığortadan nazirliyə göndərirlər", - aksiya iştirakçılarından biri deyib.
Polisin müdaxiləsinə baxmayaraq, aksiya iştirakçıları yürüşü davam etdiriblər.
Prezident İlham Əliyev bu ilin aprelində 1991-97-ci il avqustun 2-nə kimi Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olanlara 11 min manat müavinət verilməsi barədə sərəncam imzalayıb. Bu il oktyabrın 9-dan sənədlərin qəbuluna başlanılıb. Amma sənəd təqdim edən bir çox şəhid ailələrinə həmin vəsaiti aldıqlarını bildiriblər. Ailələr isə hesab edirlər ki, əvvəllər müavinəti almayıblar. Şəhid ailələri problemin araşdırılması üçün dəfələrlə Milli Məclisə, Prezident Administrasyasına və digər qurumlara müraciət edibləe. Amma məsələ hələ də həllini tapmayıb.
Polis şəhid ailələrinin yürüşünə müdaxilə edib

Oxşar xəbərlər