Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Şəki rayon şöbəsi Gənclər komitəsinin sədri Samir Həsənovun dünən, aprelin 30-da saxlanaraq polisə aparıldığı bildirilir.
Azadlıq Radisounun xəbərinə görə, bu barədə AXCP-dən bildiriblər.
Partiyadan verilən məlumatda deyilir ki, iki nəfər polis S.Həsənovu yolda saxlayaraq rayon polis şöbəsinə aparıblar.
Məlumatı partiyanın Şəki rayon təşkilatının sədri İslam Həsənov da təsdiqləyib. Onun deməsinə görə, xəbəri alan kimi Şəki Rayon Polis Şöbəsinə gedib, həbsin səbəbini öyrənmək istəyib.
"Amma Samir Həsənovun saxlanma səbəbi haqqında heç nə demədilər. Hal-hazırda o, polis şöbəsində saxlanır", - təşkilat sədri bildirib.
Şəki Rayon Polis Şöbəsindən bu deyilənlərə münasibət almaq mümkün olmayıb.
Şəkidə AXCP üzvünün saxlandığı deyilir
Oxşar xəbərlər