Azərbaycanda polis rəisi başından vuruldu

Sumqayıt şəhərində polis münaqişə zamanı xəsarət alıb.
 
Report verir ki, hadisə şəhərin 14-cü məhəlləsində baş verib.
 
1981-ci il təvəllüdlü Bakı şəhər sakini, polis işçisi Məmmədov Namiq Ramiz oğlu Sumqayıtın 14-cü məhəlləsi ərazisində münaqişə zəminində gicgah nahiyəsindən daş yarası alıb.
 
Xəstəxanaya çatdırılan şəxs daha sonra ambulator müayinəyə buraxılıb.
 
N.Məmmədov Sumqayıt Şəhər Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin rəisidir.
 
Faktla bağlı araşdırma aparılır.