Siyasi məhbus ailələri polis kobudluğuna məruz qaldılar - Video

İyunun 15-də bir qrup siyasi məhbus ailələri üzərində hal hazırda həbsdə olan siyasi məhbusların əksi olan köynəklər geyinərək şəhərin mərkəzində dinc gəzintiyə çıxıblar. Lakin polis müdaxilə edərək dinc etirazçıların gəzintisinə imkan verməyib və fiziki güc tətbiq edərək onları Səbail rayon 9-cu Polis bölməsinə aparıblar. Saxlanılanların arasında jurnalist Sevinc Vaqifqızı və Təzəxan Mirələmli də olub. Saxlanılanlar polis maşınında polisin fiziki kobudluğuna məruz qalıblar.