Bakı şəhər Baş Polis İdarəsinin “Polis” qəzetinin redaktoru (Mətbuat xidmətinin rəhbəri) Qalib Rəhimov işdən çıxarılıb.
“Report”un məlumatına görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Q.Rəhimov yaş həddi ilə əlaqədar tutduğu vəzifədən azad edilib.
Nazirin digər əmri ilə BŞBPİ-nin “Polis” qəzetinin redaktoru vəzifəsinə (Mətbuat xidmətinin rəhbəri) Elşad Hacıyev təyin edilib.
E.Hacıyev bu təyinata qədər BŞBPİ-nin “Polis” qəzetinin əməkdaşı olub.
Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəhbəri dəyişdirilib

Oxşar xəbərlər