Rusiya hökuməti daxili iqtisadiyyatın dollarsızlaşdırılmasını nəzərdə tutan qanun layihəsi üzərində çalışır.
Bu barədə “Bell” nəşri informasiya yayıb.
Nəşrin məlumatına görə, Rusiyanın Baş naziri Dmitri Medvedyev ən çoxu 1-2 həftə ərzində layihəni təsdiqləməlidir. Müzakirələrdə ixracçılar, həmçinin ölkənin ən iri bankları (o cümlədən Mərkəzi Bank) iştirak edir.
Qanun layihəsi ABŞ dollarından istifadədən imtina edilməsini nəzərdə tutmur. Söhbət digər milli valyutalardan istifadə edərək hesablaşmalar üçün imkanların yaradılması, eləcə də valyuta qanunvericiliyinin liberallaşdırılması və valyuta nəzarətini asanlaşdırmaqdan gedir. Bu isə öz növbəsində biznesin istənilən valyutanın köməyinə arxalanmasına və bununla da artıq zərər dəyməsinin qarşısının alınmasına imkan yaradacaq.
Qeyd edək ki, bir qədər əvvəl Rusiya Maliyyə nazirinin müavini Aleksey Moiseyev nazirliyin Rusiya iqtisadiyyatının dollarsızlaşdırılması təklifini dəstəklədiyini açıqlamışdı.
Rusiya dollardan imtina edir

Oxşar xəbərlər