London birjasında brent markalı neftin bir barreli 61,77 dollara, Nyu-York birjasında layt markalı neftin bir barreli 53,78 dollara satılır.
AZƏRTAC-ın 25 yanvar məlumatında belə deyilir.
"AzəriLayt” markalı Azərbaycan neftinin bir barrelinin qiyməti 62,84 dollar göstərilir.
Novator.az bildirir ki, Azərbaycanın 2019-cu il büdcəsində neftin qiyməti 60 dollardan götürülüb.
"AzəriLayt” 2019-cu ilə 57,19 dollarla start verib. İlin əvvəlindən Azərbaycan nefti 5,65 dollar bahalaşıb.
Beynəlxalq öhdəliyə əsasən, 2019-cu ildə Azərbaycanın gündəlik hasilatı 763 min barreli ötə bilməz.
Azərbaycan nefti 5,65 dollar bahalaşıb
Oxşar xəbərlər