BMT İdlibdəki terrorçuların sayını açıqlayıb

BMT Suriyanın İdlib şəhərindəki terrorçuların ümumi sayını açıqlayıb.

Statistik rəqəmləri BMT-nin xüsusi nümayəndəsi Staffan de Mistura elan edib. O, bəyan edib ki, İdlib şəhərində "Əl-Qaidə" və "Cəbhət ən-Nüsra" terror dəstələrinin, təxminən 10 min döyüşçüsü var. 

Onun sözlərinə görə, təkcə İdlibdə 2,9 milyon vətəndaş var və əhalinin belə sıx məskunlaşdığı yerdə terrorçularla mübarizədə ağır silahlardan istifadəyə bəraət qazandırmaq olmaz.