İdlibdə yeni kimyəvi təxribat hazırlanır

«Cəbhət ən-Nusra» terror təşkilatının üzvləri Rusiyanın Hərbi Kosmik Qüvvələrini  sakinlərə qarşı kimyəvi  hücumlarda ittiham etmək üçün Suriyanın İdlib şəhərində  təxribata hazırlaşır.

FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə Düşmən Tərəflərinin Barışdırılması üzrə Rusiya Mərkəzi xəbər verib.

Bildirilir ki, Serakab yaşayış məntəqəsinin  sakinləri  zəhərli  kimyəvi maddələrin və Rusiya aviasiyasının sursatlarının qalıqları ilə hazırlanan provokasiya barədə xəbər veriblər.

Mərkəzdən bildirilib ki, terrorçular saxta çəkiliş təşkil eləmək və sosial şəbəkələrdə, həmçinin Qərb KİV-lərində dərc etmək  fikrindədir.

O da vurğulanır ki, sakinlərin informasiyası  müstəqil kanal  vasitəsi ilə təsdiqlənib.