İŞİD terror qruplaşması yenidən Yaxın Şərqdə qüvvətlənməyə başlayıb.
“İndependent” nəşri İŞİD-lə bağlı sensasiyalı iddia ortaya atıb.
Məlumata görə, ABŞ-ın İŞİD-lə mübarizə adı altında dəstək verdiyi PYD-PKK terrorçuları onlara ayrılan yardımların kəsilməməsi üçün İŞİD-lə mübarizəni arxa plana atıb. Bu zaman isə İŞİD yaranmış boşluqdan istifadə edərək Suriyanın İraqla sərhədində bir sıra xırda mahalları (Suveydan, Kazmur) ələ keçirib.
“Qərb ölkələri bizə mütəmadi olaraq İŞİD-in necə məğlub olmasından danışırlar. Ancaq bölgədə olan bizlər heç də beələ olmadığını görürük. İndi İŞİD təkrar buradadır və gücünü artırır”, - suriyalı müxalif komandir Sami Abdullah Abdo bildirib.
Bağdadi öldürülüb?
Terror qruplaşmasının dirçəlişi üçün ehtiyacı olan teraktı isə İŞİD lideri Əbubəkr Bağdadinin oğlu Xümsdə təşkil edib. Bağdadinin övladı Hüdeyfə əl-Bədri rejim qüvvələri və rus əsgərlərinə qarşı bombalı hücum təşkil edib. Hələ uşaq olan əl-Bədrinin şəkillərini yayan İŞİD-in qondarma agentliyi “Amaq” onun sağ olmasını təsdiqləyib.
Xatırladaq ki, İŞİD lideri Əbubəkr Bağdadinin oğlu Hüdeyfə əl-Bədrinin Xümsdəki hücum sonrası öldürüldüyü bildirilmişdi.
Bağdadinin oğlu da sağdır?

Oxşar xəbərlər