Bu gün Qəzza zolağı sərhədində İsrail hərbçiləri ilə fələstinlilər arasında baş verən toqquşmalar nəticəsində 13 yaşlı fələstinli oğlan həlak olub.
RİA Novosti agentliyinə istinadən verilən xəbərə görə, bu barədə Fələstinin Səhiyyə nazirliyindən bildirilib.
Məlumata əsasən, Xan-Yunis şəhərində 13 yaşlı oğlan aldığı güllə yarasından keçinib. Gün ərzində baş verən toqquşmalarda 6-sı uşaq olmaqla 310 fələstinli yaralanıb, onlardan 3-ün vəziyyəti ağırdır.
İsrail hərbçilərinin hesablamalarına görə, bugünkü aksiyalarda 2 minədək fələstinli iştirak edib.
Qeyd edək ki, bu ilin martında fələstinlilər Qəzza zolağının sərhədində “Böyük Qayıdış Yürüşünə" başlayıb. Martın 30-dan etibarən İsrail hərbçiləri ilə toqquşmalarda 134 fələstinli ölüb, 15 mindən çoxu müxtəlif dərəcəli xəsarət alıb.
İsrail hərbçiləri 13 yaşlı fələstinlini öldürdü

Oxşar xəbərlər