İran 1339 məhsulun idxalına qadağa qoydu - “Özümüz də hazırlaya bilərik”

İran Sənaye və Ticarət Nazirliyi ölkəyə idxal edilən 1339 adda məhsula qadağa qoyub.
 
DHA-ya istinadən xəbər verilir ki, bu barədə nazir Məhəmməd Şəriətmədari məlumat verib.
 
O, həmin məhsulların ölkə daxilində də istehsal edilə biləcəyini söyləyib. Bu qərarın ABŞ-ın sanksiyalarına qarşı İranın dayanıqlı iqtisadi inkişafını təmin etmək məqsədilə verildiyi bildirilib.
 
İdxalı qadağan edilənlər arasında soyuducu, paltaryuyan, qabyuyan, ayaqqabı, dəri məhsulları, mebel, səhiyyə ləvazimatları, parça və digər fabrik məhsulları daxildir.