İranda Azərbaycan dilində qəzet nəşr olunacaq

İran parlamentinin Urmiyadan olan millət vəkili Nadir Qazipur təxminən 40 milyon vətəndaşı türk dilində danışan ölkədə bu dildə bir qəzetin nəşr olunacağını bildirib.
 
Azərbaycanlı millət vəkili Qazipur Mədəniyyət və İrşad naziri Abbas Salehinin ölkədə Azərbaycan türkcəsində bir qəzetin nəşrinə razılıq verdiyini deyib.
 
O, 24 saat Azərbaycan türkcəsində yayımlanan bir kanalın olmasının vacibliyini də dilə gətirib.
 
qafqazinfo