Həkim: ''Qorxulu heç nə yoxdur''
AXCP sədrinin müşaviri, 16 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Məmməd İbrahimin müalicəsi davam edir.
Bu barədə Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov Meydan TV-yə deyib.
Həkim 2016-cı ildən Məmməd İbrahim gözünü müayinə edir.
O, Pentensiar Xidmətin Müalicə Müəssisəsinin göz həkimidir. Sonuncu dəfə bir neçə gün öncə Məmməd İbrahimi müayinə edib və göz önündə ləkələr əmələ gəldiyini müşahidə edib. Ona dərman yazıb.
Həkim deyir ki, qorxulu heç nə yoxdur. İki-üç həftəyə keçib gedəcək. Yazdığı dərmanın təsiri bir həftə sonra bilinəcəyindən bir neçə gün sonra həkim yenidən ona baş çəkəcək.
Məmməd İbrahim Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi (xuliqanlıq ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) 2015-ci ilin 30 sentyabrında saxlanılıb.
Məmməd İbrahim 15 mart 2016-cı il tarixdə Nərimanov rayon Məhkəməsinin hakimi Turqay Hüseynovun hökmü ilə 3 il müddətinə azadlıqdan məhrub edilib. Bakı Apellyasiya Məhkəməsi (sədrlik edən hakim Əflatun Qasımov) isə 13 may 2016-cı il tarixdə bu hökmü qüvvədə saxlayıb.
M. İbrahim 16 iyul 2016-cı il tarixində Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb. Onun körpücük sümüyü sınıb və əməliyyata ehtiyacı yarandığından xəstəxanaya aparılıb.
AXCP sədrinin həbsdə olan müşaviri gözündən müayinə olunur

Oxşar xəbərlər