Məmməd İbrahimin səhhətində problem yaranıb

AXCP Rəyasət Heyətinin həbsdə olan üzvü Məmməd İbrahimin gözündə ciddi problem yaranıb.

Məmməd İbrahimin oğlunun verdiyi məlumata görə, bir müddətdir ki, onun bir gözündə  tor əmələ gəlib və hər ötən gün problem ciddiləşir. Problemlə bağlı müəssisə rəhbərliyinə müraciət edib. Məmməd İbrahim kənardan gələn həkim tərəfindən müayinə olunmasını istəyir.

azadliq.info