Mayın 29-da saxlanılaraq 30 sutka həbs cəzası alan ReAL Partiyasının məclis üzvü Azər Qasımlının harada saxlandığı bilinmir.
"Dünən Azər Qasımlının Binəqədi təcdirxanasına aparılacağı deyilsə də, bu gün orada olmadığı məlum olub".
Bu barədə Toplum Tv-yə REAL-dan məlumat verilib.
Azər Qasımlının vəkili Elçin Sadıqov da onun harada olması barədə məlumat əldə edə bilməyib.
Mayın 29-da Yasamal Rayon Məhkəməsində Azər Qasımlıya 30 sutka həbs verilib.
O, polisə tabe olmamaqda günahlandırılıb.
İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi iki yüz manat məbləğində cərimə və ya bir ayadək müddətdə inzibati həbs cəzası nəzərdə tutur.
Mayın 28-də Bakının mərkəzində 28 May - Respublika Günü münasibətilə REAL üzvlərinin iştirakı ilə yürüş keçirilib.
Tədbirin təşkilatçılarından biri Azər Qasımlı olub.
Polis aksiyanın şəhər rəhbərliyi ilə razılaşdırılmadığını bildirərək, onun sona kimi davam etməsinə imkan verməyib.
Real Partiyası Azər Qasımlının həbsinin siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəhbəri Ehsan Zahidov isə Arqument.Az-a bildirib ki, Azər Qasımlı məhkəmədən sonra Binəqədi rayonunda yerləşən İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsinə aparılıb.
E. Zahidov partiya üzvlərinin A. Qasımlının Binəqədidə olmadığını barədə yaydığı məlumatları təkzib edib.
REAL: Azər Qasımlının harada saxlandığı bilinmir
Oxşar xəbərlər