Almaniyada müsəlmanlara qarşı cinayətlərin statistikası açıqlandı

Almaniyanın daxili işlər naziri Horst Şehofer ötən il ölkədə islamofobiya zəminində 1075 cinayət hadisəsinin törədildiyini açıqlayıb.

TRT-yə istinadən xəbər verilir ki, sözügedən cinayətlərə məscidlərə donuz qanının axıdılması, hədələyici məktubların göndərilməsi, hicablı qadınlara hücum, evlər və ya məscidlərin divarlarına nasist simvollarının şəklinin çəkilməsi və internetdə nifrət məzmunlu ismarışların paylaşılması kimi cinayət əməlləri daxildir.

 

Bu arada, Almaniyada 2016-cı illə müqayisədə keçən ilə aid cinayət rəqəmlərində 9,6% azalma müşahidə olunub. 2016-cı ildə bu rəqəm 6,37 milyon, 2017-ci ildə isə 5,76 milyon olub.