Nyu-York şəhərinin meri müsəlmanlara iftar verib

Nyu-York şəhərinin meri Bill de-Blasio müsəlmanlar üçün iftar süfrəsi açıb.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, iftar çadırı merin rəsmi iqamətgahı “Gracie Mansion” bağçasında qurulub.

Yeməkdən sonra çıxış edən de-Blasio iftar süfrəsinin ən gözəl tədbirlərdən biri olduğunu bildirib və Nyu-York üçün əhəmiyyətini vurğulayıb.

ABŞ Prezidenti Donald Trampın İslam əleyhinə və irqçi çıxışlara təşviq edən mövqeyini tənqid edən amerikalı siyasətçi ölkədə ən çox müsəlmanın Nyu-Yorkda yaşadığını və buna görə də onlara minnətdar olduğunu qeyd edib.