Azərbaycanda məsciddən 5 minə yaxın pul oğurlayanlar tutuldu

Masallı rayonu Bədəlan kəndinin Aşurlu məhəlləsində yerləşən məsciddən 2300 manat, 1300 ABŞ dolları, 16400 rus rublu oğurlanıb. 

"Qafqazinfo"nun DİN-ə istinadən verdiyi xəbərə görə, oğurluğu törətməkdə şübhəli bilinən şəxslər - Cəlilabad rayon sakinləri, hər ikisi əvvəllər məhkum olunmuş Əli Zeynalov və Nizami Mahmudov  saxlanılıb. 

Onlar törətdikləri əməli etiraf edib və oğurladıqları pulun müəyyən hissəsi onlardan maddi sübut kimi götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma davam etdirilir.