İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniyada yerləşən ABŞ hərbi bazalarına endirilən zərbələr nəticəsində qırıcı təyyarələrin dislokasiya məntəqələrinin və onların texniki xidmət infrastrukturunun məhv edildiyini açıqlayıb.
Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
SEPAH-ın açıqlamasında hücumun ABŞ-ın İranın Larak adasına endirdiyi zərbəyə cavab olaraq həyata keçirildiyi bildirilib.
İordaniya Silahlı Qüvvələri isə ölkənin hava məkanına daxil olan səkkiz raketin hava hücumundan müdafiə sistemləri tərəfindən ələ keçirildiyini açıqlayıb. Raketlərin növü barədə məlumat verilməyib.
Qeyd edək ki, bundan əvvəl İordaniya ərazisində bir neçə partlayışın baş verdiyi barədə məlumat yayılmışdı.
SEPAH ABŞ-ın İordaniyadakı bazalarına zərbələr endirdiyini açıqlayıb