Ayətullah Sistani livanlı bir qrup yetimi öz himayəsinə götürür

Ayətullah Seyid Əli Sistaninin Livan nümayəndəliyi Livana edilən hücumlar nəticəsində yetim qalmış uşaqlara yardım göstərilməsi üçün yeni humanitar təşəbbüs elan edib.

“Shafaqna Livan”ın məlumatına görə, Həzrət Məhəmməd (s) və İmam Cəfər Sadiqin mövludu münasibətilə Ali dini təqlid müctəhidi Ayətullah Seyid Əli Hüseyni Sistaninin Livan ofisi tərəfindən irəli sürülən bu təşəbbüsün əsas məqsədi hücumlar nəticəsində valideynlərini itirmiş və digər aidiyyəti qurum və ya təşkilatlar tərəfindən himayəyə götürülməmiş kimsəsiz uşaqlara köməklik göstərməkdir.

Təşəbbüs çərçivəsində müəyyən olunmuş kriteriyalara və şərtlərə cavab verən hər bir yetim uşağa aylıq pul müavinətinin verilməsi nəzərdə tutulub. Müraciət etmək istəyənlər üçün xüsusi elektron forma hazırlanıb.